Mirça Luçesku rəsmən getdi

Mirça Luçesku rəsmən getdi backend

Ukrayna kubokunun final matçı rumınyalı baş məşqçi Mirça Luçesku üçün “Şaxtyor”un heyətində sonuncu olub. Apasport.az saytının məlumatına görə, 70 yaşlı mütəxəssis donetsklilərlə 12 illik əməkdaşlığa son qoyub.


2004-cü ildən “şaxtaçılar”ın baş məşqçi postunda çalışan Luçe bu müddətdə komandanı 573 matça çıxarıb. O, Ukrayna karyerasında 22 müxtəlif mükafat qazanıb. Bunlardan 8-i ölkə çempionu, 6-sı ölkə kuboku 7-si isə Ukrayna superkubokudur.

Luçesku ilə birlikdə “Şaxtyor” bir dəfə də 2009-cu ildə UEFA kubokunun qalibi olub.
Diaspora