İspaniya millisi U-17 Avropa çempionatının ikinci finalçısı olub

İspaniya millisi U-17 Avropa çempionatının ikinci finalçısı olub backend

Bakıda təşkil olunan “UEFA U-17” Avropa çempionatının ikinci finalçısı məlum olub.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, mayın 18-də “Dalğa Arena”da Almaniya və İspaniya yığmaları qarşılaşıb. Polşalı baş hakim Bartos Frankovskinin idarə etdiyi oyunun 11-ci dəqiqəsində Almaniya millisinin futbolçusu Renat Dadaşov hesabı açıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ikinci hissəsinin 64-cü dəqiqəsində İspaniya komandasının heyətində Abel Ruis hesabı bərabərləşdirib. Bundan 14 dəqiqə sonra ispaniyalı futbolçu Braim Dias ikinci topu rəqib qapısından keçirib. Matçın sonunadək hesab dəyişməyib. Beləliklə, rəqibinə 2:1 hesabı ilə qalib gələn İspaniya millisi “UEFA U-17” Avropa çempionatının finalına vəsiqə qazanıb.

Bu gün “Dalğa Arena”da keçirilən digər yarımfinal oyununda isə Portuqaliya yığması Niderlandı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlmişdi.

Final oyunu mayın 21-də “8-ci kilometr” stadionunda keçiriləcək.
Diaspora