İspaniya yığması Avropa çempionatının yarımfınalında Almaniyaya rəqib olub

İspaniya yığması Avropa çempionatının yarımfınalında Almaniyaya rəqib olub backend

Mayın 15-də Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında növbəti dörddəbir final matçı oynanılıb.

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, 8-ci km qəsəbə stadionunda oynanılan bu görüşdən sonra ilk yarımfinal cütlüyünün adlarına aydınlıq gəlib.

“D” qrupunu lider kimi başa vuran İspaniya “C” qrupunun ikincisini İngiltərə ilə qarşılaşıb. Norveçli Sveyn-Erik Edvartsenin idarə etdiyi qarşılaşma İspaniyalı gənclərin 1:0 üstünlüyü ilə yekunlaşıb. Qarsiyanın 11-ci dəqiqədə vurduğu yeganə qol İspaniya millisinə qalibiyyət gətirib. Oyunun sonunadək hesabı bərabərləşdirməyə çalışan İngiltərənin isə cəhdləri boşa çıxıb.

Beləliklə, bu görüşdən qalib ayrılan İspaniya yarımfinalda “Bundesteam”ə rəqib olub.

Digər yarımfinal cütlüyü - Portuqaliyanın yarımfinaldakı rəqibi bu gün saat 20:00-da oynanılacaq İsveç-Hollandiya matçından sonra müəyyənləşəcək.
Diaspora