İraqda İŞİD silahlıları futbol azarkeşlərinə hücum edib: 14 ölü, 20 yaralı

İraqda İŞİD silahlıları futbol azarkeşlərinə hücum edib: 14 ölü, 20 yaralı backend

İŞİD terrorçuları İraqın paytaxtı Bağdadda fəaliyyət göstərən “Real”ın azarkeş mərkəzinə hücum edib.

Qaziler.az bildirir ki, Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Bildirilib ki, hadisə bir qrup tərəfdarın mərkəzə toplaşaraq komandanın keçmiş oyunlarına baxdığı zaman baş verib.

İnsident zamanı məkanda 50-yə yaxın azarkeş olub. Hücum edənlərin sayı isə 3 nəfər olub. Terrorçular məkana daxil olaraq hər tərəfə yaylım atəşi açıblar.

Nəticədə, 14 nəfər ölüb, 20-yə yaxın insan isə yaralanıb.
Diaspora