FİFA-nın yeni baş katibi müəyyənləşib.
Qaziler.az bildirir ki, Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Seneqal Futbol Federasiyasını təmsil edən Fatma Samba Diuf Samur ali futbol qurumunun baş katibi vəzifəsinə təyin edilib. Bununla da o, bu vəzifədə çalışacaq ilk qadın olub.FİFA-nın prezidenti Canni İnfantino sözügedən təyinatla bağlı bunları bildirib:
"Fatma beynəlxalq təcrübəyə malik qadındır. O, bu təşkilatda yaxşı işlər görəcək. Fatma işində məsuliyyətli biridir. Bu isə FİFA üçün əhəmiyyətlidir".