Millimizin futbolçusu “Bavariya”ya gedir

Millimizin futbolçusu “Bavariya”ya gedir backend

17 yaşadək futbolçulardan ibarət millimizin üzvü Barış Əkinciər karyerasını Almaniya nəhəngi “Bavariya”da davam etdirə bilər. Axar.az xəbər verir ki, Münhen təmsilçisinin nümayəndələri Bakıda keçirilən Avropa çempionatı zamanı 1999-cu il təvəllüdlü yarımmüdafiəçinin çıxışını bəyənib.


Bu səbəbdən futbolçunun ailəsi də Bakıya təşrif buyurub və tərəflər arasında danışıqlar davam edir. Avropa çempionatından sonra isə transferin rəsmiləşmə ehtimalı yüksəkdir. Sport7.az-ın məlumatına görə, razılıq əldə olunacağı halda Barış özünü sübut edənə qədər "Bavariya"nın əvəzedici komandasında çıxış edəcək.
Diaspora