Təbrizin daha bir futbol klubu İran çempionatına yüksəlib. Lent.az xəbər verir ki, Cənubi Azərbaycanın mərkəzi şəhərinin “Sazi Təbriz” klubu ikinci liqada uğurlu çıxış edib. 37 oyundan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşan “Sazi Təbriz” əsas çempionata çıxmağı təmin edib.
Qeyd edək ki, Təbriz-in ən böyük futbol klubu olan “Traktorsazi” bu il ölkə çempionatında medallar uğrunda mübarizə aparır və hazırda 4-cü pillədədir.
Cənubi Azərbaycanın böyük şəhərlərindən olan Ərdəbilin “Şəhrdari” klubu isə ikinci liqada zəif çıxış edir və daha aşağı çempionata yuvarlanmaq təhlükəsi ilə üzləşib.