U-17 Avropa çempionatında növbəti oyunlar keçirilib Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında qrup mərhələsinin ikinci turuna yekun vurulub. Apasport.az saytının xəbərinə görə, bu gün daha dörd görüş baş tutub.
C qrupu çərçivəsində Danimarka İsveçlə, Fransa İngiltərə ilə üz-üzə gəlib. Danimarkalılar matça əlavə olunan dəqiqələrdə vurduqları yeganə qolla 3 xala sahib çıxıblar. İngiltərə isə Fransa üzərində inamlı qələbəyə sevinib.D qrupunda isə İtaliya Hollandiyanı, Serbiya da İspaniyanı sınağa çəkib. İtaliyalılar hollandlarla dueldən məğlub ayrılıblar. İspanlar isə serblərlə görüşdə qələbəni əldən veriblər və matç heç-heçə bitib.
17 yaşlıların Avropa çempionatı
Qrup mərhələsinin ikinci turu
9 may
C qrupu
Danimarka – İsveç - 1:0
Qol: Yensen, 80+3
Baş hakim: Mitya Jqaneç (Sloveniya).
Bakı Olimpiya Stadionu.
Fransa – İngiltərə - 0:2
Qollar: Morris, 15 (0:1). Nelson, 43-pen. (0:2).
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Bakı. “Azərsun Arena".
D qrupu
İtaliya - Hollandiya - 0:1
Qol: Nunneli, 78 (0:1).
Baş hakim: Bartoş Frankovski (Polşa).
Bakı. “Azərsun Arena”.
Serbiya – İspaniya - 1:1
Qollar: Ruiz, 4 (0:1). Yovelyiç, 59-pen. (1:1).
Baş hakim: Ville Nevalaynen (Finlandiya).
Bakı Olimpiya Stadionu.