Azərbaycan güləşçisi Rəsul Çunayev rəqibini 19 saniyəyə məğlub edib

Azərbaycan güləşçisi Rəsul Çunayev rəqibini 19 saniyəyə məğlub edib backend

Azərbaycan yunan-Roma güləşçisi Rəsul Çunayev Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turnirinə qələbə ilə başlayıb.

Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, dünya çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi ilk görüşündə xorvatiyalı Dominik Etlingeri 19 saniyəyə məğlub edib.
Görüşün əvvəlindəcə o, rəqibinin kürəyini döşəyə sıxaraq, təmiz qələbə qazanıb.
Çunayevin 1/8 finaldakı rəqibi belaruslu Pavel Lyax olacaq. Olimpiadaya lisenziya qazanmaq üçün finala vəsiqə əldə etmək lazımdır.
Diaspora