İdman Təhlükəsizlik Qurumu Türkiyə Super Liqasında keçiriləcək derbilərdə rəqib komandanın azarkeşlərinin stadiona gəlməsi ilə bağlı qadağanı ləğv edib. Axar.az xəbər verir ki, Türk Telekom Arenada oynanılacaq “Qalatasaray”-“Beşiktaş” derbisində “Beşiktaş” azarkeşləri də stadionda yerlərini alacaq.
Məlumata görə, 2800 “Beşiktaş” azarkeşi oyunu stadiondan izləyə biləcək.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası 2011-ci ildə yüksək gərginliklə keçən derbilərdə rəqib komandanın azarkeşlərinin stadiona girişini qadağan etmişdi.