Bu gün Topaz Premyer Liqada 32-ci tura yekun vurulub.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, son oyun günündə “Qarabağ” Azərbaycan çempionu adını rəsmiləşdirib. Qurban Qurbanovun komandası səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlməklə, son 4 turun nəticəsindən asılı olmayaraq, tarixində dördüncü, ardıcıl isə üçüncü dəfə Azərbaycan çempionu olub.Qeyd edək ki, Ağdam təmsilçisi ilk dəfə 1993, daha sonra isə 2013, 2014 və 2015-ci illərdə Azərbaycan çempionatının qalibi olub.