"Real"ın futbolçusu Kriştiano Ronaldo daha bir oyun buraxacaq. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu zədə səbəbindən La Liqanın 36-cı turunda "Real Sosyedad"a qarşı oynamayacaq.
Zədəsinin müalicəsi davam edən K.Ronaldonun Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə qarşı cavab matçında iştirak edib-etməyəcəyinə isə oyun günü qərar veriləcək.
Qeyd edək ki, K.Ronaldo zədə səbəbindən La Liqada "Rayo Valyekano" ilə görüşü və ÇL-də "Mançester Siti" ilə ilk oyunu buraxıb.