PSJ və “Borussiya“nın skautları Bakıya gəlir

PSJ və “Borussiya“nın skautları Bakıya gəlir backend

Mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turniri üçün Bakıya daha 6 klubun skautu gələcək. Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bunlar PSJ (Fransa), “Bornmut” (İngiltərə), PSV (Hollandiya), “Borussiya” (Münhenqladbax,Almaniya), “Hamburq” (Almaniya), “Marsel” (Fransa) klublarıdır.


Xatırladaq ki, bundan əvvəl Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Red Bull Zalsburq” (Avstriya) və “Middlsbro” (İngiltərə) “Mançester Siti”, “Arsenal”, “Sevilya” və “Portu” klublarının ölkəmizə gələcəyi məlum olub.
Diaspora