Aqolli “Qarabağ” futbol klubunun tarixinə düşüb

Aqolli “Qarabağ” futbol klubunun tarixinə düşüb backend

Ansi Aqolli “Qarabağ” futbol klubunun tarixinə düşüb. AZƏRTAC xəbər verir ki, albaniyalı müdafiəçi Ağdam təmsilçisinin heyətində ən çox oyun keçirən legioner adına yiyələnib. Bu, Azərbaycan Premyer Liqasının XXXI turunun “İnter”lə ev oyununda gerçəkləşib. Komandasının 2:0 hesabı ilə qalib gəldiyi oyun Ansinin çempion klubun heyətində 228-ci matçı olub. Albaniyalı çempionatda 168, kubokda 17, avrokuboklarda 43 dəfə “Qarabağ”ın şərəfini qoruyub. 228 matçda çıxış edən müdafiəçi 3-ü çempionat, 1-i avrokuboklarda olmaqla, 4 dəfə rəqib qapılarına yol tapıb.

Aqolli 228-ə çatmaqla, Albaniya yığması və “Qarabağ”dakı sabiq komanda yoldaşı Admir Telinin rekordunu yeniləyib.

Belə ki, Aqolliyə qədər əyalət klubunda ən çox oyun keçirən legioner olan Teli 227 matça çıxıb. Amma sonuncu Premyer Liqa və kubokda daha çox oynasa da, Ansi avrokuboklar hesabına ümumi oyun sayında lider olub.
Diaspora