Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb backend

Azərbaycan cüdoçusu Orxan Səfərov Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb.

Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, 24 yaşlı idmançı finalda fransalı Valid Xyara məğlub olub.
O, görüşə fəal başlayıb. Əvvəlcə yuko, ardından vazari xalları alan Səfərov sonradan təşəbbüsü əldən verib. Nəticədə Xyar ipponla qələbə qazanıb.
Qeyd edək ki, bu, ilk yarış günündə Azərbaycan yığmasının yeganə medalı olub. 60 kq çəkidə Azərbaycanın digər cüdoçusu İlqar Müşkiyev 7-ci yeri tutub. Tərlan Kərimovla (66 kq) yeganə qadın cüdoçu Aişə Qurbanlı ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.
Diaspora