Braziliya millisinin və "Barselona"nın futbolçusu Neymar bu il Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcək. Qol.az-ın xəbərinə görə, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. Ancaq Neymar Amerika kubokunu buraxacaq.
"Barselona" 24 yaşlı oyunçunun sözügedən turnirlərdən təkcə birində iştirakında razılıq vermişdi. Braziliya Futbol Federasiyası Neymarın olimpiadada oynamasına qərar verib.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən 1984-cü ildən etibarən Olimpiya oyunlarında çıxış edəcək hər yığmada yaşı 23-dən yuxarı 3 peşəkar futbolçunun oynamasına icazə verilir.