"Real"ın futbolçusu Kriştiano Ronaldo zədələnib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu La Liqanın 34-cü turunda "Vilyareal"a qarşı matçda ombasından zədə alıb. Buna baxmayaraq, o, matçın sonuna kimi meydanda olub.
K.Ronaldonun zədə səbəbindən ölkə çempionatının 35-ci turunda "Rayo Valyakano" ilə oyunu buraxa biləcəyi vurğulanıb.
Qeyd edək ki, "Rayo Valyakano" - "Real" görüşü aprelin 23-ü keçiriləcək.