İsrail millisinin yeni baş məşqçisi müəyyənləşib. Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komanda Elişa Leviyə həvalə olunub.
58 yaşlı mütəxəssis yeni vəzifəsində 2011-2015-ci illərdə İsrail yığmasında çalışmış Eli Qutmanı əvəzləyib. Leviyə 4 illik müqavilə təklif olunub. Ancaq İsrail Futbol Federasiyası komandanın "DÇ-2018"in seçmə mərhələsində uğursuz çıxış edəcəyi təqdirdə sözləşməni ləğv edəcək.Qeyd edək ki, "Makkabi" (Hayfa) ilə iki dəfə İsrail çempionatını qazanan Levinin son komandası "Hapoel" (Beer-Şeva) olub.