Çempionlar Liqasında 1/4 finalın daha iki qarşılaşması baş tutub. APA TV-nin məlumatına görə, İspaniyada və Portuqaliyada keçirilən iki oyunla son yarımfinalçıların kimliyinə aydınlıq gəlib.
Turnirin son qalibi “Barselona” öz meydanında 1 top fərqi ilə üstələdiyi digər İspaniya təmsilçisi “Atletiko” ilə səfərdə qarşılaşıb. Madridlilər doğma meydanda qalib gələrək, adlı-sanlı rəqibi mübarizədən kənarlaşdıra biliblər. Fransalı hücumçu Qrizmanın dublu yarımfinal üçün yetərli olub.
“Bavariya” isə paralel keçən oyunda “Benfika” ilə 2:2 hesablı bərabərliyə razılaşaraq evdə aldığı 1:0 hesablı qələbənin də verdiyi üstünlüklə günün yarımfinala adlayan digər komandası olub.