Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən veterean futbolçu Maşallah Əhmədov barəsində seçilmiş ev dustaqlığının müddətinin uzadılması ilə proses keçirilib.
Lent.az-ın məlumatına görə, M.Əhmədov barəsində seçilmiş ev dustaqlığı daha bir ay müddətinə artırılıb. Eləcə də, Maşallah Əhmədov barəsində cinayət işi üzrə ibtidai istintaqın müddəti üç ay müddətinə uzadılıb.Qeyd edək ki, M.Əhmədov keçən il dekabr ayının 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin M.Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Binəqədi Rayon Məhkəməsində M.Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qərardan narazı qalan veteran futbolçu apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Lakin apellyasiya şikayəti təmin edilməyib.
Dekabrın 30-da isə Binəqədi Rayon Məhkəməsi M.Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. Tanınmış futbolçu ev dustaqlığına buraxılıb.
M.Əhmədov barəsində seçilmiş ev dustaqlığı bir ay müddətinə artırılıb.