“Qəbələ” beşinci rəsmi transfer

“Qəbələ” beşinci rəsmi transfer backend

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Belarus milli komandasının yarımmüdafiəçisi Mixail Sivakovu heyətinə cəlb edib.

27 yaşlı futbolçu ilə yarım illik müqavilə imzalanıb.
Minskin "Smena” klubunun yetirməsi olan Sivakov karyerası ərzində İtaliyanın "Kalyari”, "Pyaçentsa”, Polşanın "Visla”, Belçikanın "Zulte Varegem”, Belarusun BATE, "Qomel” və Ukraynanın "Çernomorets” klubunda oynayıb. O, "Çernomorets"də "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edib.
M.Sivakov 4 dəfə Belarus, 1 dəfə Polşa çempionu olan futbolçu vətənində ölkə kuboku və Superkubokunu da qazanıb. 2004-cü ildən milli komandalara cəlb olunan Sivakov ölkəsinin U-17, U-19, U-21, olimpiya və əsas yığmalarının şərəfini qoruyub. 2010-cu ildən Belarus millisinin üzvü olan yarımmüdafiəçi ən böyük uğuruna U-21-in heyətində imza atıb. O, 2011-ci ildə Avropa çempionatının bürünc mükafatçısı olub.
Xatırladaq ki, “Qəbələ” Sivakova qədər Rəşad Sadiqov, ukraynalılar Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomini heyətinə qatıb.
Diaspora