Oyundan öncə şəhidlər 1 dəqiqəlik sükutla yad edilib.
Bu gün Premyer Liqasının XXIX turu çərçivəsində "İnter" - AZAL görüşü keçirilib.Qaziler.az bildirir ki, ANS PRESS-in məlumatına görə, "İnter Arena"da keçirilən bu görüşdən əvvəl futbolçular meydana əsgər formalarında olan uşaqlarla və "Şəhidlər ölməz, vətən bölünməz" pankardı ilə çıxıblar.
Oyundan öncə şəhidlər 1 dəqiqəlik sükutla yad edilib. Maraqlıdır ki, görüşdə yeganə qolu da şəhid oğlu vurub.
Belə ki, I Qarabağ müharibəsində şəhid olmuş Ərşad Nadirovun oğlu Vüqarın 64-cü dəqiqədə vurduğu qol "İnter"ə qələbə qazandırıb. Vüqar Nadirov qol sevincini əsgər salamı etməklə qeyd edib.