Bu həftə Azərbaycan Premyer Liqasının 2014/15 mövsümünün ikinci yarısına start veriləcək.
QAZİLƏR.AZ-ın Qol.Az-istinadən verdiyi məlumata görə, 23-cü Azərbaycan çempionatının qarşıdakı 18 turu iştirakçı klublar üçün bir sıra yubileylərlə əlamətdar olacaq.Belə ki, indiyədək baş tutan çempionatların ümumi turnir cədvəlinə əsasən 9 klub müsbət və mənfi xarakterli yubileylərlə qarşılaşa bilər.
Ümumilikdə isə 23 il əvvəl – 1992-ci ildə start götürən çempionatlarda indiyədək 57 komanda çıxış edib.
Onlardan ikisi – “Neftçi” və “Qarabağ” bütün çempionatların iştirakçısı olub. Hər iki komanda yarışda 650-ci oyununu mövsümün ikinci yarısında keçirəcək.