Xavi “Barselona“nın baş məşqçisi olmaq istəyir

Xavi “Barselona“nın baş məşqçisi olmaq istəyir backend

"Barselona"nın sabiq futbolçusu Xavi Hernandez maraqlı fikirləri ilə diqqət çəkib. Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 36 yaşlı futbolçu gələcəkdə "Barselona"nın baş məşqçisi olmaq istədiyini bildirib:


"Barselona"nın baş məşqçisi olmaq istəyimi gizlətmirəm. Bu, mənim başlıca məqsədimdir. Yenidən sabiq komandama qayıtmaq və doğma klubumda çalışmaq istərdim. Karyeramı başa vurduqdan sonra futboldan uzaqlaşmayacam. 10 dəqiqə boş vaxtım olanda da televizorda futbol izləyirəm. Həyat yoldaşım isə futbola nifrət edir".

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Xavi 2015-ci ildə Qətərin "Əl Sədd" klubuna transfer olunub.
Diaspora