PSJ-nin futbolçusu David Luis Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə cavab qarşılaşmasını buraxacaq.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna səbəb braziliyalı müdafiəşinin İngiltərə klubu ilə ilk matçda sarı vərəqə limitini doldurmasıdır. Cəzalı duruma düşən D.Luis cavab oyununda iştirak edə bilməyəcək.Qeyd edək ki, PSJ - "Mançester Siti" görüşü 2:2 hesabı ilə başa çatıb.