"Arsenal"ın yarımmüdafiəçisi Mikel Arteta klubla müqaviləsini yeniləyib.
Qol.Az-ın verdiyi məlumata görə, ispaniyalı futbolçu "topçular"la 1 illik müqavilə imzalayıb. Artetanın "Arsenal"la hazırkı müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Qeyd edək ki, 2011-ci ildən "Arsenal"ın şərəfini qoruyan 32 yaşlı futbolçu cari mövsüm zədə səbəbindən cəmi 11 oyunda forma geyinib.“Arsenal“da yeni müqavilə

