Beşiktaş Qadın basketbolçular komandasının baş məşqçisi Ömer Buharalı vəzifəsindən istefa edib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bu barədə Beşiktaş klubu rəsmi internet saytında açıqlama yayıb: ”2 mövsümdür qadın basketbolçular komandasında baş məşqçi olan Ömer özü istefasını bu gün təqdim edib. Klubumuza verdiyi xidmətlərdən dolayı ona təşəkkür edirik və bundan sonrakı həyatında uğurlar arzulayırıq”.