Türkiyənin milliləşdirdiyi atlet Elvan Abeylegessə dopinq qəbul etdiyinə görə 2 il idmandan uzaqlaşdırılıb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyə Nizam İntizam Komitəsi atleltin qanında dopinq aşkarlanması ilə bağlı apardığı araşdırmanı yekunlaşdırıb. Komitə həmin araşdırmanı Beynəlxalq Atletizm Fedariyasına göndərib. Nəticədə idmançının iki il müddətə yarışlardan uzaqlaşdırılması ilə bağlı qərar qəbul edilib.Qeyd edək ki, Yaponiyanın Osaka şəhərində keçirilən beynəlxalq yarış zamanı türkiyəli atlet Elvan Abeylegessenin qanında qanunsuz maddələr aşkarlanıb və araşdırma zamanı ateltin dopinqdən istifadə etdiyi ortaya çıxıb.