Bu ilin may ayında Bakıda keçiriləcək 17 yaşadak futbolçular arasında Avropa çempionatında iştirak edəcək daha iki komandanın adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Danimarka və Serbiya da mayın 5-də start götürəcək yarışda iştirak hüququ qazanıb.
Belə ki, seçmə mərhələnin 1-ci qrupunda yarışan Danimarka qrupdakı ikinci oyununda İsveçrə üzərində 2:1 hesablı qələbə qazanaraq Bakıya gəlməyi təmin edib.Serbiya isə Polşanı eyni hesabla yenib və əsas mərhələdə oynamağa haqq qazanıb.
Beləliklə, Avropa çempionatının 16 iştirakçısından 12-nin adına aydınlıq gəlib. Daha öncə Ukrayna, İngiltərə, Hollandiya, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Portuqaliya, İsveç və Belçika , eləcə də təşkilatçı Azərbaycan milliləri də bu hüquqa yiyələnib.