“Valensiya“ klubunun baş məşqçisi istefaya göndərilib

“Valensiya“ klubunun baş məşqçisi istefaya göndərilib backend

İspaniyanın “Valensiya” klubu baş məşqçi, sabiq “Mançester Yunayted” klubunun kapitanı Harri Nevili istefaya göndərib.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat verib.

İstefaya klubun cari mövsümdə uğursuz çıxışı səbəb olub. Hazırda “Valensiya” klubu İspaniya çempionatında 14-cü yeri tutur.

Qeyd edək ki, H.Nevil 2015-ci ilin dekabrında baş məşqçi vəzifəsinə təyin edilmişdi.
Diaspora