Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında son finalçı müəyyənləşib. "Report"un məlumatına görə, Bakı İdman Sarayında "Azərreyl"lə "Azəryol" üz-üzə gəlib.
Qaziler.az "Report"un məlumatına görə, Bakı İdman Sarayında "Azərreyl"lə "Azəryol" üz-üzə gəlib. Görüş "dəmiryolçular"ın qələbəsi ilə yekunlaşıb - 3:0. Bu komandanın finaldakı rəqibi "Telekom" olacaq. "Azəryol" isə "Lokomotiv"lə 3-cü yer uğrunda görüşə çıxacaq.Qeyd edək ki, bu, "Azərreyl"lə "Azəryol" arasında 3-cü görüş idi. Əvvəlki 2 yarımfinal matçından birincisində "Azərreyl" 3:0 hesabı ilə üstün olmuşdusa, növbəti qarşılaşmada "Azəryol" qələbə qazanmışdı - 3:2.
Azərbaycan Super Liqası
Yarımfinal mərhələsi
18:00. "Azərreyl" - "Azəryol" - 3:0 (25:19, 25:19, 25:21)
Bakı İdman Sarayı