“Qalatasaray” – “Fənərbaxça” matçının keçiriləcəyi tarix bəlli olub. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqanın XXVI turunun qarşılaşması martın 20-də keçirilməli olsa da, terror hadisəsi ilə əlaqədar təxirə salınmışdı. Türkiyə Futbol Federasiyasının (TFF) iclasında əzəli rəqiblərin görüşünün aprelin 13-də keçirilməsinə qərar verilib.
“Fənərbaxça” rəhbərliyi matçın aprelin 6-da, “Qalatasaray” tərəfi isə 28-də keçirilməsini istəsə də, TFF onların arzularını həyata keçirməyib.
Qeyd edək ki, 25 oyundan sonra 59 xal toplayan “Fənərbaxça” turnir cədvəlində 2-ci, 39 xalı olan “Qalatasaray” isə 5-ci pillədə qərarlaşıb.