"Qalatasaray”da daha bir ciddi itki baş verib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Hakan Baltadan sonra da komandanın ulduzu Uesli Sneyderdə zədələnib.
Dünən "Amsterdam Arena"da oynanılan Hollandiya ilə Fransa yoldaşlıq qarşılaşmasının 36-cı dəqiqəsində Sneyder zədə alıb. Buna görə də təcrübəli yarımmüdafiəçi oyunu davam etdirə bilməyib.Hələlik onun durumunun nə dərəcədə ciddi olub-olmadığı açıqlanmayıb.
Qeyd edək ki, Türkiyə ilə İsveç arasında keçirilən qarşılaşmada “Qalatasaray”ın mərkəz müdafiəçisi Hakan Baltada zədə alaraq, oyunu davam etdirə bilməyib.