“Lanqkavi“ turunda 6-cı mərhələ

“Lanqkavi“ turunda 6-cı mərhələ backend

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Malayziyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2-ci kateqoriyalı çoxgünlük "Le Tour de Langkawi" yürüşündə mübarizəni davam etdirir. 22 komandanın iştirak etdiyi 8 günlük yürüşdə 6-cı mərhələ başa çatıb.


Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün iştirakçılar 96.6 km məsafə qət ediblər. "Synergy Baku" üzvlərinin hamısı mərhələni liderlə eyni vaxtda keçən pelotonun içərisində olublar - 2 saat, 14 dəqiqə, 19 saniyə.

Fotofinişə əsasən, ən yüksək göstərici Aleksandr Surutkoviçə məxsusdur - 13-cü yer. Elçin Əsədov isə 28-ci nəticə göstərib. Yeri gəlmişkən, Elçin ən yaxşı dağ velosipedçilərinin siyahısında ilk onluqda qərarlaşır. Sabah iştirakçılar 170 km məsafə qət edəcəklər.
Diaspora