“Bavariya”nın çilili yarımmüdafiəçisi Arturo Vidal karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, 29 yaşlı futbolçu ilə “Çelsi” yaxından maraqlanır. “Zadəganlar”ın yeni baş məşqçisi olacağı gözlənilən Antonio Kontenin rəhbərliklə söhbətində Vidalın transferini tələb etdiyi bildirilir. İngilislərt qarşı tərəflə danışıqlara start veriblər.
Qeyd edək ki, ötən ildənb “Bavariya”nın formasını geyinən Vidal Münhen klubunda ümumilikdə 35 oyunda 3 qola imza atıb.