Qarayev istefa verdi

Qarayev istefa verdi backend

Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) prezidenti Fazil Qarayev istefa verib. Qol.Az-ın "Report" agentliyinə istinadən yaydığı xəbərə görə, federasiya rəsmisi istefa ərizəsini yazıb və məsələyə tezliklə baxılacaq.

Məlumatı "Report"a açıqlamasında ATFF-nin vitse-prezidenti Oqtay Abdullayev də təsdiqləyib. O, F.Qarayevlə bu barədə söhbət etdiyini deyib: "Fazil müəllim mənə bildirdi ki, işlərimin çoxluğu ilə əlaqədar federasiya prezidenti kimi fəaliyyət göstərə bilmirəm. İşlərlə bağlı xarici ölkələrdə oluram. Artıq Fazil müəllim istefa ərizəsini yazıb. Tezliklə ATTF-nin İcraiyyə Komitəsi bu məsələyə baxacaq. Bundan sonra onun vəzifəsinə xitam veriləcək".

Vitse-prezident F.Məmmədovun yerinə yeni namizəddən də danışıb. "Federasiyanın yeni rəhbəri Təhsil Nazirliyindən olsa, daha yaxşı olar. Çünki bizdə tələbələrlə iş gedir və Təhsil Nazirliyinin də işi gənclərlə işləməkdir. Ancaq kim olacağını deyə bilmərəm. Məsələ ilə bağlı AFFA və Təhsil Nazirliyi ilə danışıq aparacağıq".

Qeyd edək ki, Fazil Qarayev voleybol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayevin qardaşıdır.
Diaspora