"Qalatasaray" klubunun yeni baş məşqçisinin kimliyi açıqlanıb. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, komanda hollandiyalı mütəxəssis Yan Olde Rikerinkə tapşırılıb. 53 yaşlı mütəxəssis mövsümün sonunadək komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, "Qalatasaray"ın veteran futbolçularından olan Bülənt Qorxmazın da komandanın başına keçəcəyi gündəmdə idi. Lakin klub rəhbərliyi sonradan onun xidmətindən imtina edib.