“Zirə“nin məşqçisi cəzalandırdı

“Zirə“nin məşqçisi cəzalandırdı backend

AFFA İntizam Komitəsinin iclası keçirilib. Trend PFL-in saytına istinadən məlumat verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.


Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “İnter” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Premyer Liqanın XXV turunun “Qəbələ” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 85-ci dəqiqəsində “Zirə” klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunub.

Premyer Liqanın XXV turunun “Sumqayıt” – “Qarabağ” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Diaspora