“Barselona”nın “Renn”in futbolçusu Osman Dembeleni heyətinə qatmaq niyyəti reallaşmayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Fransa təmsilçisi 18 yaşlı hücumçunu satmağa razılıq verməyib.
Belə ki, onlar qarşı tərəfin 35 milyon avroluq təklifini geri çeviriblər. “Renn” rəhbərliyinin bu addımı futbolçunun transfer qiymətini artırmaq məqsədilə atdığı bildirilir. Lakin ispanlar Dembelenin transferinə daha çox pul xərcləmək fikrindən uzaqdılar.Qeyd edək ki, “Renn”in yetirməsi olan Dembele Fransanın U-19 yığmasının üzvüdü.