Argentinanin paytaxtı Buenos-Ayresdə cüdo üzrə Panamerika açıq çempionatına start verilib.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, çempionatın birinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Altmış kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Vüqar Şirinli yerli idmançı Nikolas Qomes və türkiyəli Əhməd Kaba üzərində qalib gələrək yarımfinala çıxıb. V.Şirinli yarımfinalda Argentina təmsilçisi Hernan Birbrierdən üstün olub. Finalda isə kanadalı cüdoçu Sergio Pessoaya qalib gələn idmançımız qızıl medal qazanıb.Millimizin bu çəki dərəcəsində mübarizə aparan digər üzvü Elbrus Zamanov isə yeddinci yerdə qərarlaşıb.
Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində çıxış edən Aişə Qurbanlı isə beşinci yeri tutub.
Altmış ölkədən 288 (172 kişi, 116 qadın) cüdoçunun qatıldığı yarışda millimiz yeddi idmançı ilə təmsil olunur.