Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, baş tutacaq 4 oyundan sonra bütün yarımfinalçılar bəlli olacaq.
"Bakı" öz meydanında "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçisi ilk görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gəldiyi üçün bu oyun formal xarakteri daşıyacaq.Maraqla gözlənilən oyunlardan biri AZAL və "Neftçi" arasında keçiriləcək. İlk görüşdə 0:0 hesabı qeydə alındığından cütün taleyinə məhz bu görüşdə aydınlıq gələcək.
"İnter" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. Öz meydanında rəqibini 2:0 hesabı ilə məğlub edən "bankirlər" bu üstünlüyünü qorumağa çalışacaq.
Zaqatalada "Simurq" "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Səfərdə 3:0 hesabı ilə qələbə qazanan "Simurq" yarımfinala çox yaxındır. Matç saat 17:00-da başlayacaq.
13 mart
Azərbaycan kuboku, 1/4 finalın cavab oyunları
15:00. AZAL – “Neftçi”
(İlk oyun - 0:0)
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Əliyar Ağayev
AZAL Arena.
15:00. “Bakı” – “Qarabağ”
(İlk oyun - 0:3)
Hakimlər: Xəlil Xəlilov, Azər Əsgərov, Mehman Mahmudov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Orxan Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
17:00. “Xəzər Lənkəran” – “İnter”
(İlk oyun - 0:2)
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
“Xəzər Lənkəran” mərkəzi stadionu.
17:00. “Simurq” – “Qəbələ”
(İlk oyun - 3:0)
Hakimlər: Ramil Diniyev, Namiq Hüseynov, Kamran Bayramov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Etibar Həsənov
Zaqatala şəhər stadionu.