Güləşçimiz Avropa çempionatında qızıl qazandı

Güləşçimiz Avropa çempionatında qızıl qazandı backend

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, çempionatın dördüncü günündə 58 və 69 kq çəkidə qadın, 70 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl medalla tamamlayıb.

Qadın güləşi üzrə 58 kq çəkidə mübarizə aparan ilk Avropa Oyunlarının bürünc mükafatçısı Nataliya Sinişin keçirdiyi görüşləri qələbə ilə tamamlayaraq finala yüksəlib. Ardıcıl olaraq Belarusdan Veranika İvanova, Ukraynadan Ganna Vasilenkov və İsveçdən Elin Johanna Nilssonu mübarizədən kənarlaşdıran təmsilçimizin finaldakı rəqibi Norveç idmançısı Grace Jacob Bullen olub. Final görüşünü də qələbə ilə başa vuran Nataliya Sinişin Avropa çempionatının qızıl medalına sahib olub.

Qeyd edək ki, yığmamızın üzvləri üç yarış günündə 1 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Cəbrayıl Həsənov və Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç və Hacı Əliyev bürünc medal qazanıb.
Diaspora