Daha bir Rusiya idmançısında qadağan olunmuş mildronat preparatı aşkarlanıb.
Qaziler.az Azadlıq Radiosuna istinadən bildirir ki, kütləvi informasiya vasitələrinin məlumatına görə, bu dəfə biatlonçu Eduard Latıpovun dopinq testi müsbət çıxıb.Rusiya Biatlon Federasiyası məlumatı təsdiqləyib.
Araşdırma bitənədək 21 yaşlı idmançı yarışlardan kənarlaşdırılıb.
Xatırladaq ki, bunadək Rusiyanın daha 6 idmançısı - Yekaterina Bobrova, Mariya Şarapova, Semyon Elistratov, Pavel Kuliznikov, Yekaterina Konstantinova və Aleksandr Markinin orqanizmində qadağan olunmuş mildronat maaddəsi aşkarlanıb.