"Mançester Siti"nin hücumçusu Serxio Aquero gələcək karyerası haqda danışıb. Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, argentinalı futbolçu 2018-ci ildə "Mançester Siti"dən ayrılaraq vətəninə qayıdacağını bildirib:
"Son bir neçə ayda "Mançester Siti" ilə yeni müqavilə imzalayacağımla bağlı xəbərlər yazıldı. Ancaq mən bu xəbərlərə əhəmiyyət vermədim. Artıq bilirəm ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatından sonra Argentinaya qayıdacam. "Mançester Siti"də mənə çox yaxşı davrandılar. Lakin 2018-ci ildə klubla müqaviləm başa çatacaq və "İndependiente"yə transfer olunacam".Qeyd edək ki, karyerasına 1997-ci ildə "İndependiente"də başlayan Aquero 2011-ci ildən "Mançester Siti"də çıxış edir.