Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. Qol.az-ın məlumatına görə, empionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxıb. Qadın güləşçilərimizdən Alyona Kolesnik, kişi təmsilçilərimizdən isə Hacı Əliyev və Cəbrayıl Həsənov mübarizəyə qoşulacaq.
55 kqQadınlar
Mübarizəyə 1/4 finaldan başlayan güləşçimiz Alyona Kolesnik rumıniyalı Simona Prikobla qarşılaşıb. Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 0:6.
61 kq
Kişilər
İkiqat dünya çempionumuz Hacı Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. O, litvalı Şarinas Yurkisə 11:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. H.Əliyev bu mərhələdə bolqarıstanlı Vladimir Dubovu da eyni hesabla məğlub edərək yarımfinala adlayıb. Güləşçimiz finala gedən yolda gürcüstanlı Vladimir Xinçeqaşvili ilə qarşılaşacaq.
74 kq
İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov 1/8 finalda Yakob Maxaraşvilini (Gürcüstan) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Ukrayna təmsilçisi Giya Çixladzeni məğlub edən Həsənov yarımfinala yüksəlib. O, bu mərhələdə bolqarıstanlı Miroslav Kirovla güləşəcək.
Qeyd edək ki, yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb.