“Kəpəz” Topaz Premyer Liqanın 25-ci turunda Gəncədə qarşılaşacağı “Xəzər Lənkəran” ilə oyunun hazırlıqlarını davam etdirir. Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 8-dən Bakıda məşqlərə start verən komanda ayın 11-nə kimi hazırlığı paytaxtda keçirəcək.
Martın 12-də Gəncəyə gedəcək “Kəpəz” oyunöncəsi son məşqinə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaq.
Məşq saat 16:00-da başlayacaq. Hazırlıq prosesi azarkeşlər və media üçün açıq olacaq.