Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları 3 böyükhesablı nəticə ilə əlamətdar olub. Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “İnter” öz meydanında “Rəvan”ı 3:0 hesabı ilə məğlub edərək kubokda 15-ci dəfə 3 və ya daha çox top fərqi ilə qalib gəlib.
“Qarabağ” üçün “Sumqayıt”la səfər qarşılaşmasındakı böyük hesab (4:1) 22-ci belə qələbə olub. Bununla da Ağdam klubu 21 dəfə rəqiblərini 3 və ya daha çox top fərqilə üstələyən “Bakı”nı arxada qoyub. Əyalət klubu bu göstəricidə 2-ci pillənin vahid sahibidir.Yalnız “Neftçi” daha çox – 28 belə zəfərə sevinib. “İnter” isə 4-cü göstəriciyə malikdir. “Zirə”ni 5:1 hesabı ilə məğlub edən “Qəbələ” 8-ci dəfə buna nail olub. Ümumilikdə ölkə kuboku yarışlarında 3 və ya daha çox top fərqli qələbələrin ümumi sayı 263-dür.