Azərbaycanda uşaq idman federasiyaları yaradılacaq.
Bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsində “Bədən tərbiyəsi və idman haqqında” qanuna yeni maddənin əlavə layihəsi hazırlanır.Komitənin bu gün keçirilən iclasında sədr Hadı Rəcəbli bildirib ki, uşaqlar üçün ayrıca idman federasiyalarının yaradılması dövlətin prioritetlərində idmana olan qayğının tərkib hissəsidir və bu çox vacib amildir.
O qeyd edib ki, yeni layihə aprel ayında parlamentdə müzakirəyə çıxarılacaq və Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər qəbul olunması niyyət olunur.
Mənbə: APA.az