Cüdo üzrə Azərbaycan milli komandası “Pan Amerikan Open” turnirində çıxış edəcək.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, reytinq xarakterli yarış martın 12-13-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.Argentinada Vüqar Şirinli, Elbrus Zamanov (hər ikisi 60 kq), Əbdülhəqq Rəsullu, Hüseyn Rəhimli (hər ikisi 81 kq), Tural Safquliyev, Şahin Qəhrəmanov (hər ikisi 90 kq) və Aişə Qurbanlı (48 kq) qüvvələrini sınayacaqlar.
Turnirdə 55 ölkədən 269 cüdoçu birincilik uğrunda mübarizə aparacaq. Yığma komandamız bu günlərdə Peruda keçirilmiş analoji yarışda uğurla çıxış edib. Paytaxt Limada qısa müddət hazırlıq keçən idmançılarımız oradan birbaşa Argentinaya yollanacaqlar.