AZAL-ın futbolçusu sıradan çıxdı

AZAL-ın futbolçusu sıradan çıxdı backend

AZAL-ın yarımmüdafiəçisi Viktor İqbekoyinin durumuna aydınlıq gəlib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakı” ilə Premyer Liqanın 25-ci turunda keçirilmiş oyunun ilk hissəsində ayağından zədələnən nigeriyalı futbolçu 2 həftə oynamayacaq.

Onun sol bud əzələsinin ön hissəsində yırtıq aşkarlanıb. Bu səbədən İqbekoyi Azərbaycan kubokunun 1/4 finalının “Neftçi” ilə cavab görüşündə və Premyer Liqanın 26-cı turunda “Xəzər Lənkəran”la keçiriləcək oyunda meydana çıxa bilməyəcək. Hazırda reabilitasiya ilə məşğul olan Viktor terapiya müalicəsi alır.
Diaspora